Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dirilən şəhərdən reportaj (FOTO)

Dirilən şəhərdən reportaj (FOTO)


Daşkəsən sakinləri 28 mayı səbirsizliklə gözləyirlər. Həmin gün rayondakı filizsaflaşdırma kompleksi modernləşdirmədən sonra yeni texnoloji səviyyəyə qalxacaq və kompleksdə istehsal olan konsentratda dəmirin payı 65 faizə yüksələcək. Bu, konsentrantdan reduksiya üsulu dəmir almağa imkan verəcək. 



“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-dən ANS PRESS-ə verilən məlumata görə, bu, “Daşkəsən Filizsaflaşdırma” ASC-də son illərdə görülən işlərin hamısı deyil. “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin ictimai əlaqələr departamentinin direktoru Elxan Şahverdiyev bildirir ki, artıq bir ildən çoxdur ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-də işlər bərpa olunub və 400 işçi etibarlı qazancla təmin olunub. ASC-nin işçiləri orta hesabla 400 manata qədər maaş alır. Bu da təbii ki, kiçik əyalət şəhəri üçün yetərincə müsbət nəticələr verir. Ailələrə maaş kimi daxil olan pullar şəhərin digər sektorlarına da daxil olaraq, manipulyativ effekt verir, ticarət və fərdi tikinti kimi sektorları canlandırır.



1954-cü ildən işə salınmış və uzun müddət Daşkəsənin vizit kartına çevrilmiş müəssisə müstəqillik illərində fəaliyyətini dayandırmışdı. Çünki filizsaflaşdırma kompleksinin məhsullarının əsas alıcısı - Rustavi metallurgiya kompleksi çoxdan işləmir. On - on iki qabaq müəssisənin işinin “Detal” şirkəti tərəfindən bərpa edilməsinə cəhd göstərilsə də, nəticə elə də uğurlu olmamamışdı. İşin təşkili, əldə edilən məhsulun satışı, işçilərə maaşların verilməsi və s. ilə bağlı problemlər yaranmışdı. 



Bu problemlərin həlli üçün iki il qabaq “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin yaradılmasına qərar verildi. Bu çərçivədə 2018-ci ilə qədər Azərbaycanda bir neçə zavod qurulmalıdır. Beləliklə filizdən dənəvər istehsalı zavodu, həmçinin dənəvərdən birbaşa reduksiya yolu ilə dəmir istehsalı zavodu yaradılmalıdır. Daha sonra alınmış dəmirdən polad istehsal edən zavod, həmçinin və poladdan armatur, şveller, rels, borular, polad məftil və s. istehsal edən müssisə və sexlərin yaradılması nəzərdə tutulur. Bu müəssisələrin əksəriyyəti Gəncədə tikiləcək və şəhərin 2500-ə yaxın sakini işlə təmin ediləcək. Şəhərdə müəssisə üçün 106 hektar sahə ayrılıb və müəyyən işlər görülüb. Gəncədə maaşların daha yüksək olacağı gözlənilir. Polad istehsalında reduksiya üsulunun tətbiqi şəhərin ekologiyasına da mənfi təsir göstərməyəcək. 



Ölkədə polad istehsalının təşkili manipulyativ effekt verməklə yüzlərlə kiçik müəssisədə minlərlə əlavə iş yeri yaratmaqla yanaşı, həm də hazırda ölkəyə polad və polad məhsulların idxalı üçün hər il xərclənən 1,3 milyard dollara qənaət etməyə imkan yaradacaq. Görülən işlər nəticəsində 2018-ci ildən sonra kompleks tam işə düşəcək və "Daşkəsən Filizsaflaşdırma" ASC-nin illik istehsal gücü 1,7 milyon tona çatdırılacaq. 



İndiyə kimi Daşkəsəndə 14-15 milyon manat pul xərclənib və bu çərçivədə çox işlər görülüb: 16 kilometrlik Quşçu - Daşkəsən asma kanat yolu təmir olunub, 12 ədəd “Belaz” markalı yük maşını alınıb, filizsaflaşdırma kompleksinin binası təmir olunub, işçilərin maaş borcları ödənib və s. Alınan “Belaz” avtomobillərin 2-si 140 ton, 10-u isə 45 ton yük götürür. “Bunlar Azərbaycanın ən iri yük maşınlarıdır”, - deyə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin ictimai əlaqələr departamentin direktoru Elxan Şahverdiyev ANS PRESS-ə bildirib. 



Onun sözlərinə görə, ən uğurlu nəticə isə konsentrantda dəmirin payı ilə bağlı alınıb. Məsələ bundadır ki, sovet vaxtı konsentratda dəmir 58-62% arasında dəyişib. “Bu, aşağı keyfiyyətli polad istehsal edən domna sobaları üçün keçərli olub, amma bizim quracağımız reduksiya texnologiyasında bu cür xammmaldan polad istehsal etmək mümkün deyil, dəmir ən azı 65%-ə qalxmalıdır”,- deyə Elxan Şahverdiyev vurğulayır. 



Onun sözlərinə görə, vaxtı ilə Azərbaycan alimləri laboratoriya şəraitində bu sıxlığa nail olsalar da istehsalatda tətbiq edə bilməyiblər. “Daşkəsəndə çox təcrübəli, həyatlarını filizin saflaşdırmasına həsr etmiş kadrlarımız var və onlar bu işi bacardılar. Amma biz bu işi dayandırmaq istəmirik. Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Texniki Universitetinin metallurgiya fakültələri əməkdaşlıq edərək kadra olan ehtiyacalırmızı ödəmək istəyirik. Həmçinin Gəncədə iki peşə məktəbi də ixtisaslı işçilərin hazırlanmasında bizə yardım edəcək”, - deyə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin təmsilçisi bildirir. 



Çünki buna ehtiyac var. Daşkəsənin 270 milyon ton təsdiqlənmiş dəmir filizi ehtiyatı var və bu, qarşıdan gələn 50-60 il ərzində neftdənkənar ixrac yönümlü yeni bir istehsal sahəsinin təşkilinə imkan verəcək. 
























Teqlər:
Bu xəbər cəmi 4885 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR