Aprelin 18-də Türkiyənin İstanbul şəhərində, “The Green Park Hotel Merter”də Dünya Azərbaycanlıları Konqresinin (DAK) sayca XIII qurultayı öz işinə başlayıb.
Modern.az-ın məlumatına görə qurultaya dünyanın bir çox ölkələrindən qonaqlar dəvət edilib.
ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraq, Şimali Kipr Türk Respublikası, da daxil olmaqla qonaq və nümayəndə seçilib. Qurultayda Türkiyənin hakim elitasının – AKP-nin, aparıcı müxalifət partiyalarının - CHP, MHP, BBP-nin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları iştirak edirlər.