“Yenimeydan.info” xəbər verir ki, bunun nəzərə alaraq, Trend Konstitusiya Məhkəməsi Aparatının mətbuat xidmətinə müraciət edərək məsələyə aydınlıq gətirilməsini xahiş edib.
Konstitusiya Məhkəməsindən sorğumuza cavab olaraq aşağıdakılar bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib.
Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi, o cümlədən Sizin qaldırdığınız məsələnin həlli də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaqdır.
Qeyd edək ki, hazırda bir sıra məhkəmələrdə bu məsələ ilə bağlı şikayətlərə baxılır və məhkəmə icraatı başlanıb. Bu halda məhkəmələrin hansı mövqe tutmalı olduqları ilə bağlı isə Konstitusiya Məhkəməsi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır:
“Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər”.