Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Teleradio şurası verilişləri qapadacaq…

Teleradio şurası verilişləri qapadacaq…


Qulu Məhərrəmli: «Bu məsələlər ciddi islahatlar tələb edir, 1-2 verilişi bağlamaqla heç nəyə nail ola bilməyəcəyik» Arif Əliyev: «Bu, nə televiziyanın keyfiyyətinə təsir edəcək, nə də ciddi dəyişikliklərə səbəb olacaq»


 



«»Televiziya və radio yayımı haqqında» Qanuna edilən son dəyişiklik bizə imkan verir ki, istənilən telekanalda ciddi etiraza səbəb olan, qanun pozuntuları ilə müşayiət oluna biləcək verilişi ən azı bir ay müddətinə dayandıraq». Bunu APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib. O, bildirib ki, telekanallar tamaşaçıların artan tələbatını mütləq nəzərə almalıdır: «Sonuncu dəyişikliklə verilən səlahiyyətlərin olmaması ucbatından çətinliklə üzləşirdik. Birinci növbədə, bu vaxta kimi Şuranın hansısa bir televiziya verilişini bağlamağa səlahiyyəti çatmırdı».


 


Sədr müavininin sözlərinə görə, daha ciddi məqamlardan biri ondan ibarətdir ki, yayımçı bir ildə azı üç dəfə teleradio yayımı sahəsində cəza tədbiri alırsa, artıq onun fəaliyyətinin dayandırılması məsələsi gündəmə gəlir: «Bu gün Şura daha çox artırılan səlahiyyətlər barəsində yox, üzərinə düşən vəzifələrin daha məsuliyyətlə icrası barədə düşünür. Biz telekanalların daha peşəkar səviyyədə fəaliyyət göstərməsinin tərəfdarıyıq. Tamaşaçı və dinləyicilərin zövqü hər gün, hər saat nəzərə alınmalıdır. Televiziyalar tamaşaçıların artan tələbatını nəzərə almalıdır. Bunun üçün daha rəngarəng, daha keyfiyyətli verilişlər ortaya qoymaq zərurəti meydana çıxır. Bu gün dünyanın müxtəlif reytinqli kanallarındakı reytinqli verilişləri izləyən Azərbaycan tamaşaçısının diqqətini zəif verilişlərlə cəlb etmək olmaz. Etiraf etməliyik ki, bizim telekanallarda yayımlanan ayrı-ayrı verilişlər tamaşaçıların tələb etdiyi səviyyədə deyil. Burada tamaşaçılar yox, həm də telekanalların özləri də itirir. Zəif verilişlərə kim reklam yerləşdirmək istəyər?!»


 


Q. Cəbiyev qeyd edib ki, MTRŞ son dəyişikliklərdən nə əvvəl, nə də indi telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə edir: «Təəssüf ki, ayrı-ayrı telekanallarda yayımlanan verilişlər ictimai narazılığa, etirazlara səbəb olur. Cəmi iki gün əvvəl bir vətəndaş bizə yazılı şəkildə müraciət edib. Deməli, telekanalların birinin efirində gedən xoşagəlməz bir əhvalat tamaşaçını narazı salıb və o, həmin telekanalın «Qaynar xətti»nə zəng edib. Tamaşaçı onlara narazılığı bildirəndə ona deyiblər ki, «Sənin işin-gücün qurtarıb? Baxmaq istəmirsən, baxma». Tamaşaçıya bu cür sayğısızlıq göstərmək olmaz. Görüləsi işlər çoxdur. Tədricən telekanallar daha keyfiyyətli verilişlər hazırlayacaq. Bunu da demək istərdim ki, ictimaiyyət tərəfindən maraqla izlənən verilişlərin sayı da az deyil».




Media eksperti Qulu MəhərrəmliBizimyol.info-ya açıqlamasında bildirdi ki, əslində televiziya və radio sahəsində verilişin 1 ay dayandırılması praktikamızda cəza növü kimi yenidir. Ancaq dünya praktikasında bu cəza növü var: «Ümumiyyətlə, televiziyada yayım dayandırılır. Verilişin dayandırılması praktik baxımdan televiziya üçün ciddi problemlər yaradır. Çünki xüsusən populyar verilişin müəyyən auditoriyası olur. Mən çox arzulardım ki, MTRŞ bu cəzanı tətbiq eləməsin. Müəyyən xəbərdarlıqlar versin. 1 ay verilişin dayandırılması o deməkdir ki, onun dövriliyi pozulur, auditoriyası itir, dinamikası dəyişir. Bu baxımdan başqa cəza növü tapılsın. Verilişin dayandırılması yayım siyasətinə kobud müdaxilədir. Ona görə bu cəza növünün başqa formada əvəz olunmasını arzulardım. MTRŞ-nin monitorinqinin nəticələri onu göstərdi ki, televiziyalarda, radiolarda, qəzetlərdə televiziyaların yayımı ilə bağlı olan tənqidlərin ciddi əsasları var. Çünki televiziyalar cəmiyyəti ifadə etmir, insanları düşündürən problemlərə toxunmur. Bütün cəmiyyəti düşündürən suallara cavab verə bilmir».


Q.Məhərrəmli deyir ki, televiziyalarda qoyulan mövzular aktual olmur, 2-ci, 3-cü dərəcəli məsələlər gündəmdə saxlanılır. Sensasiya, şou meyli artıb: «İstər-istəməz bunlar tamaşaçı psixologiyasına təsir edir. Xəbərlərdə xəbər balansının gözlənilməməsi, fikir müxtəlifliyinin, plüralizmin olmaması, xəbər standartlarına əməl olunmamasına, kommersiya məqsədli sujetlərin xüsusi çəkisinin artmasına irad tutulur. Bu tip xəbərlərə kim baxır? Təbii ki, maraq azalır və insanlar baxmırlar. Alternativ xəbər mənbəyi kimi başqa kanallar, saytlar seçilir. Bunlarda təəssüf ki, peşəkar xəbər mənbəyi olmur, yanlışlıqlar olur. Ona görə də xəbər kanallarında bu məsələlərin əksini tapmasına ehtiyac var. Bu gün cəmiyyəti düşündürən problemlər ictimai müzakirə obyektinə çevrilmir, analitik proqramlar zəifləyib, maraqlı müzakirə proqramları isə demək olar ki, yoxdur. Verilişlərdə isə əsasən şou əhli çıxış edir. Sanki Azərbaycanda müəllim, alim, həkim, düşüncə sahibləri yoxdur. Elə ancaq toy müğənniləri, aktyorlar var. Heç müğənnilərin də, aktyorların da ən keyfiyyətlisi çıxmır efirə».


 


Q.Məhərrəmlinin sözlərinə görə, bütün bunlar cəmiyyətin əsas aparıcı siması kimi görünür. Televiziya özü isə bir vitrindir: «Ona görə bu məsələlərə diqqət yetirilməlidir. Hanı bizim maarifçi, intellektual proqramlarımız? Monitorinqdə vurğulanan məsələlərdən biri də serialların çəkilməsidir. Prezident serialların çəkilməsinə 10 milyondan çox pul ayırıb. Ancaq hazırda Azərbaycan televiziya və kino sənətinin nümunəsi olan 10 serialın adını çəkə bilərsinizmi? Bəzi maraqlı seriallar var. Gərək bütün maliyyələşən televiziyalar teleradio haqqında qanunun tələblərindən irəli gələn mövzulara diqqət yetirsinlər. Bu qarışıq situasiyada nə olmalıdır? Ekrana baxan tamaşaçı nə düşünməlidir? Ona görə bu məsələlər ciddi islahatlar tələb edir. 1-2 verilişi bağlamaqla heç nəyə nail ola bilməyəcəyik. Söhbət televiziyalarda yerlə sürünən peşəkarlığı yuxarı qaldırmaqdan gedir».


 


Media eksperti Arif Əliyev isə deyir ki, istənilən halda verilişləri qapatmaq, nəyisə qadağan eləmək yalnız məhkəmənin səlahiyyətindədir. «Tənzimləyici orqana nə mane olur ki? Əgər xoşuna gəlmirsə, məhkəməyə müraciət edə bilər. İndiyə qədər də belə bir hüququ var idi. Mənim fikrimcə, məhdud çərçivələr yaratmaq və mövcud çərçivələri daha da daraltmaqdan başqa bir şey deyil. Bu nə televiziyanın keyfiyyətinə təsir edəcək, nə də ciddi dəyişikliklərə səbəb olacaq. Sadəcə, əlinin papağını Vəlinin başına qoymaqdan başqa bir şey deyil».

Teqlər:
Bu xəbər cəmi 1160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR