Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı - Qərar verəcək

Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı - Qərar verəcək


Gələn ay Konstitusiya Məhkəməsi Azərbaycanda dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmasına aydınlıq gətirəcək. Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat xidmətinin məlumatında deyilir. 



"Qafqazinfo" marja.az-a istinadən xəbər verir ki, məlumata görə, ötən həftə qurumun palatasının növbəti iclası olub. İclasda ölkə konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb. Müraciətlərin icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb.



Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.



Xatırladaq ki, Mülki Məcəllənin sözügedən maddələri xarici valyutada olan öhdəliklərin yerinə yetirilməsi qaydalarını özündə əks etdirir. Məsələn, 439.7-ci bənddə bildirilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir. Maddə mübahisəlidir.


Teqlər:
Bu xəbər cəmi 1130 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR