“Ali & Nino” kitab mağazasında keçirilən tədbirdə #NarlaOxu“Twitter” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Nar” tərəfindən “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə davam edən “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində keçirilmiş #NarlaOxu“Twitter” müsabiqəsi başa çatdı. Qeyd edək ki, “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar”-ın kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edirdilər.
Beləliklə, müsabiqə müddətində ən çox retvit toplamış istifadəçilər arasından seçilmiş qaliblərə dəyərli mükafatlar verildi. Müsabiqənin qalibi Orucova Günel Məzahir qızı (@Oruc_) və Cəfərov Rauf Seyid oğluna(@raufjafarov) “Amazon Kindle Voyage” təqdim edildi. 3-cü yerin sahibi Əliyeva Aynur Yaşar qızına (@dreaminooo) isə “Amazon Paperwhite” verildi. “Nar” kitaba olan həvəsi artırmaq üçün daha iki nəfərə hədiyyə verərək, retvitlər əsasında 4-cü və 5-ci yerləri tutan Bağırov Coşqun Nazim oğluna (@bagirovich) və məşhur aparıcı DJ Fatehə (@DJ_Fateh) “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 AZN dəyərində hədiyyə kuponu təqdim etdi. Qeyd edək ki, DJ Fateh qazandığı kuponu öz səhifəsində keçirəcəyi başqa bir müsabiqənin izləyicilər arasındakı qalibə təqdim edəcəyini bildirib.