Avropa ölkələrindən qəzalardan sonra 2 yerə bölünən avtomobillər Gürcüstana gətirilir. Avtomobillər ortadan bölünmüş halda gəmiyə yüklənən zaman çox az yer tutduğundan onu gətirənlərə əlavə qazanc əldə etmək imkanı da verir.
Tən yarı bölünən avtomobilləri isə daha sonra Gürcüstanda yenidən birləşdirir və kosmetik işləri başa vurandan sonra yeni avtomobil kimi baha qiymətə satırlar. Bu işlə məşğul olan fırıldaqçı şəbəkəni Almaniya İctimai Televiziyasının jurnalistləri aşkar ediblər.
Maşın ustaları bildirir ki, Gürcüstanda iki müxtəlif avtomobil hissəsindən yığılan maşınlar daha çox furqon olaraq adlandırılan unversal modellərdir. Yavər Məmmədov da elə bu şəbəkənin toruna düşənlərdən biridir. Maşın ustaları belə halların ancaq avtomobili ciddi diaqnostika etdikdə üzə çıxdığını bildirirlər.
Ustalar bu məsələdə vətəndaşları diqqətli olmağa və maşını almazdan qabaq onu sürməyi, alt hissəsinə baxdırmağı məsləhət görürlər. Bu zaman isə xüsusi məqamlara diqqət etmək lazımdır. Əgər peşəkarların dediklərinə diqqət edilməzsə nəticəsi ağır ola bilər. Çünki belə avtomobillərin qəza riski çox yüksəkdir. Sürücülərin problemdən çıxış yolu barədə fikirləri isə müxtəlifdir.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.