DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, martın 18-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində, qəsəbə sakinləri, əvvəllər məhkum olunan Əlvan Abdullayev, onun qardaşı Rəşad, Zaur Aşurov, onun qardaşı Davud və Salyan rayon sakini Yasər Nağdəliyev arasında münaqişə baş verib. Bu zaman Rəşad, Davud və Y. Nağdəliyev biri-birilərini döydüklərindən müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Ə. Abdullayev isə ov tüfəngindən atəş açaraq Z. Aşurovu qətlə yetirib.
Ə. Abdullayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.