“AzerFax”(AFA)-ın əldə etdiyi məlumata görə, futbolçu 2008-ci ildə özünə mənzil almaq istəyib və bu məqsədlə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axudova məxsus yeni binalardan birini seçib. Talıblı küçəsi 4 ünvanında(Yeni yasamal) yerləşən həmin bina tikilib hazır vəziyyətə gətirilsə də C.Sultanov hələ də mənzilini ala bilməyib. Məlumata görə, futbolçu yeni mənzilə görə əvvəlcədən 48 min manat ödəyib. C.Sultanov ödədiyi vəsaiti də geri ala bilmir.
Aldadıldığını görən futbolçu məsələ ilə bağlı məhkəməyə də müraciət edib. İşə Yasamal rayon məhkəməsində baxılıb və C.Sultanov zərəşəkmiş şəxs kimi tanınaraq onun mənzil almaq məqsədilə 48 minat ödədiyi təsdiq olunub. Məhkəmə futbolçunun xeyrinə müvafiq qərar çıxarsa da problem bu günə qədər həllini tapmayıb.
İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-dan bildirilir ki, onlar Talıblı küçəsi 4 ünvanındakı binanın tikintisini “Olimpus” firmasına həvalə ediblər və C.Sultanov da vəsaiti məhz həmin firmaya ödəyib. Bu səbədən də “Şərurlu İsfəndiyar” futbolçunun iddiası ilə razılaşmır.
Qeyd edək ki, “Olimpus” Firmasının rəhbəri Rauf adlı şəxs bir müddət əvvəl həbs olunub və orada da dünyasını dəyişib.
Faktı C.Sultanovun özü də təsdiqləyib.
C.Sultanov "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ" və s klublarının heyətində çıxış edib, Azərbaycan Milli komandasının şərəfini qoruyub. .