Bu gün Novruz bayramının sonuncu, İlaxır çərşənbəsidir. Bu günün özəllikləri çoxdur. İnsanlar niyyət edir, küsülülər barışır, subay qızlar fala baxır, qulaq falına çıxırlar. Məşhurlar da fala biganə deyi. Bu gecə onlardan bəziləri qonşularına qulaq falına çıxacaq. Bəzisi evdə niyyət edib, fal açacaq. Publika.az məhşurların bayram hazırlıqları barədə kiçik sorğu keçirdi.
Türkiyədə yaşayan sənətçimiz İradə İbrahimova qapı falına çıxa bilməyəcək. Çünki Türkiyədə belə bir adət olmadığından, sənətçi fala baxmaq sevdasında deyil. Amma ailəsi ilə birlikdə süfrə arxasında bayramı qeyd edəcək.
“Anam Bakıdan şəkərbura, paxlava göndərib. Milli yeməklərimizi ailəliklə sevdiyimiz üçün əsas yeməyimiz plov olmaqla, müxtəlif cür təamlar hazırlayacam. Səməni yetişdirmişəm. İpəyə onun mahiyyətini başa salıram. Maraqla dinləyir”.
Cazibədar Ayan Babakişiyeva hər gün bayram çəkilişlərinə qatıldığı üçün çoxdan bayram əhval-ruhiyyəsindədi. Sənətçi gün ərzində canlı efirdə olacağını bildirdi. Hec vaxt fala baxmaq həvəsi olmayan Ayan, rəfiqələri maraqla fala baxanda, onları kənardan izləyib. Amma heç vaxt gələcəyini bu şəkildə öyrənməyə həvəsi olmayıb. Sənətçı sonda bayram günlərində Bakıdan uzqaqlaşıb, bayram gəzintisinə çıxacağını diqqətə çatdırdı.
Hazırda Türkiyədə səfərdə olan müğənni Rəqsanə sabah səhər saatlarında Moskvaya yola düşəcək. Bayramı ailə üzvləri ilə qeyd edəcək sənətçi, həm də son həftənin yorğunluğunu canından çıxaracaq. Sənətçi bayram axşamı milli təamlarımızdan süfrəyə düzəcək. Özü mətbəxə kecib, ailə üzvləri üçün milli yeməklərimizdən bişirəcək.
“Novruz ən çox sevdiyim bayramdır. İşlərimi yarıda qoyub, həmin günü balalarımın yanında olmaq istəyirəm. Bu ayın 25-i Moskvada bayram konsertim təşkil olunacaq”.
Gənc və yaraşıqlı müğənni Aysel Əlizadə bayramı ailə üzvləri ilə birlikdə qeyd edəcək. Sənətçi adi günlərdə yeməyinə diqqət eləsə də, bayram axşamı anasının bişirdiyi milli təamlarımıza biganə qalmayacaq. Daha sonra qızlara qoşulub qapı pusacaq. Sənətçi tonqaldan attanmağı da sevir. Belə bir imkan yaransa, sənətçi tərəddüdsüz faydalanacaq. Onun ən son seçimi evdə fala baxmaq olacaq. Sənətçi inanclara maraq göstərdiyini bildirib.
Tarzən və müğənni Humay Qədimova yaz aylarında təqdim edəcəyi yeni layihəsnin təlaşında olduğundan, bayram günlərində həm də istirahət edəcək. Ailəsi ilə birlikdə olacağını bildirən sənətçi İlaxır çərşənbənin ildə bir dəfə yaranan fal şansından bəhrələnəcək. Sənətçi hər il qulaq falına çıxdığını və eşitdiyi sözlərin il ərzində h'yata keçdiyinə şahid olub.
Gənc müğəni Günay İbrahimli üçün də Novruzun gəlişi əsl bayramdır. Necə həftədir bayram çəkilişlərinin təlaşında olan sənətçi axşam saatlarına kimi bayram tədbirlərində olacaq.
“İş nə qədər olsa belə, adət-ənənələrimizi unutmamalıyıq. Hər il qapı busuram, bu gün də istisna deyil. Hətta qarşıma tonqal çıxsa tullanacam da. Bayram çəkilişlərinin birində qızlarla fala baxdıq. Deyirlər düz çıxır” – deyən Günay fürsətdən istifadə edib hər kəsin bayramını təbrik etdi.