Azərbaycanın idman federasiyalarında “Açıq qapı” günləri davam edir
“Nar Mobile” Bakı-2015 Avropa oyunları ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın idman federasiyalarında “Açıq qapı” günlərini davam etdirir. Sağlam həyat tərzi və idmanı təşviq edən mobil operator layihə çərçivəsində 19 mart 2015-ci il tarixində Güləş Federasiyası, 31 martda isə Karate Federasiyasında keçirilən açıq məşqlərin tərəfdaşı qismində çıxış edib. Hər iki tədbirdə Azərbaycan yığma komandasını Avropa oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak ediblər. Onlar, idmanda ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaradıblar.
Qeyd edək ki, layihə çərçivəsindəki ilk tədbirlər Voleybol Federasiyası və Bakının 44 saylı orta məktəbində keçirilib. Ümumi hesabla 150 uşaq və yeniyetmə, o cümlədən onların valideynləri həmin tədbirlərdə iştirak etmişdilər. “Nar Mobile” operatorunun dəstəyi ilə keçiriləcək növbəti tədbirlər isə 2 aprel tarixində Cüdo Federasiyası, 7 apreldə Boks Federasiyası, 8 apreldə isə Taekvondo Federasiyasında təşkil olunacaqlar. “Nar Mobile” uşaqları və onların valideynlərini bu tədbirlərdə iştirak etməyə dəvət edir.