Ötən gün "Qarabağ"ın düşərgəsində maraqlı hadisə yaşanıb.
“Qafqazinfo” sportal.az-a istinadən xəbər verir ki, Albaniya yığmasının müdafiəçisi Ansi Aqolli Ermənistanla (2:1) oyunda geyindiyi formanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova hədiyyə edib. Aqolli mətbuata açıqlamasında da bildirmişdi ki, Ermənistan qələbəsini ilk növbədə Qurbanova həsr edib.
Qeyd edək ki, Qurban Qurbanov da oyundan öncə komandanın albaniyali iki futbolçusu Ansi Aqolli və Admir Teliyə mükafat vəd vermişdi.