Təhsil Nazirliyi “Ali Təhsil müəssisələri” Facebook səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından mart ayı üzrə statistikasını açıqlayıb. Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, qrupun mart ayı üzrə fəalı 426 balla Bakı Dövlət Universitetidir.
Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sonrakı yerləri bölüşüblər.
Xatırladaq ki, Təhsil Nazirliyinin “Ali Təhsil müəssisələri” Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq, ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi “Ali Təhsil müəssisələri” Facebook səhifəsinin fevral ayının qalibi də Bakı Dövlət Universiteti idi.