Bakıda bəzi yollarda endirilmiş sürət hədləri əvvəlki vəziyyətinə qaytarılıb.
Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda azaldılmış hərəkət sürətinin həddi əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, bu dəyişiklik Bakıda metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsi səbəbindən Sürət həddinin azaldılmasına səbəbindən edilmişdi. Qeyd edilən yollarda zolaqlar üzrə üzrə sürət həddi 20 km/saat azaldılmışdı. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilmiş, bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilmişdi. (Trend)