Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qar qıtlıq yarada bilər – Azərbaycanda

Qar qıtlıq yarada bilər – Azərbaycanda


Martın 30-dan etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişib. Hidrometeoroloji Proqnozlar Bürosundan mətbuata verilən açıqlamaya görə martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq. Martın 30-dan etibarən Daşkəsən rayonuna güclü qar yağmağa başlayıb. Hazırda rayon mərkəzində qarın qalınlığı 10 santimetr, nisbətən yüksək ərazilərdə isə 15-20 santimetrə çatıb. 



“Qafqazinfo” “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yağan qar ciddi fəsad yaratmayıb. Digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayevin sözlərinə görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb. Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur. 



Mart ayında qarın yağması normaldırmı?



"Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti mart ayı üçün xarakterikdir və anomal sayılmır". Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, mart ayında hava şəraitinin dəyişməsi prosesi, qarın yağması halları əvvəlki illərdə də olub: "Əgər belə hallar əvvəlki illərdə olmasaydı, onda martın son günləri üçün gözlənilən hava şəraiti anomal sayıla bilərdi".



A.Verdiyev deyib ki, iki gündür Bakının bəzi yerlərinə yağış, dağlıq və dağətəyi rayonlara isə qar yağır. Əvvəlcədən verilən proqnozlara görə, bu gün hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.



Yağan qar kənd təsərrüfatı məhsullarına necə təsir göstərəcək?



Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bizimyol.info-ya açıqlamasında bildirib ki, qarın çox yağması bəzi ağacların budaqlarını sındıra bilər. Ümumiyyətlə, hava şaxtalı deyilsə, kənd təsərrüfatına sulu qarın elə bir ziyanı yoxdur: "Qarın ümumiyyətlə ziyanı yoxdur. Tez əriyib gedir. Hava şəraiti mənfi dərəcə deyil. Ona görə də bunun demək olar ki, kənd təsərrüfatına heç bir ziyanı yoxdur. Ancaq hava şəraiti şaxtalı olarsa, müəyyən fəsadlar törədə bilər. Dağətəyi rayonlarda ağaclarda çiçəklənmə yoxdur. Bir qədər gecikib. Əsasən aran rayonlarında ağacların çiçəklənməsi və mayalanması gedir. Həmin ərazilərdə də hava şəraiti hazırda mülayimdir. Mənfi dərəcə deyil. Keçən il bu vaxt martın sonu aprelin ilk günündə bir gecədə şaxtalı hava şəraiti yaşandı. Bu da dediyimiz təhlükə yarada biləcək rayonlarda müşahidə olundu. Əgər həmin hadisə təkrarlanarsa, dediyim kimi təhlükə yarada bilər".



V.Məhərrəmov proqnozların gələcək günlər üçün havanın temperaturunu müsbət göstərdiyini deyir. Onun sözlərinə görə, əgər onlar yanılarsa, temperatur aşağı düşərsə, fəsadlar yarana bilər: "Bu da çiçəklərin mayalanmamasına və ya donmasına səbəb ola bilər. Belə olan halda həmin ağaclardan normal məhsulun əldə edilməsi prosesi getmir. Ağacların çiçəkləri tökülür, yararsız olur. Bu da meyvə istehsalının azalmasına səbəb olur. Keçən il bunu gördük. Havanın necə olacağını müşahidə etmək lazımdır. Bu haqda danışmaq hələ ki tezdir. Təhlükə ola biləcək rayonlarda biz fermerlərə müəyyən məsləhətlər vermişdik. Təəssüflər olsun ki, bizdə əkinçilik mədəniyyəti aşağıdır. Baxmayaraq ki, sovet dövründə qoruyucu meşə zolaqlarının salınmasına xüsusi önəm verilirdi. Ancaq indi qoruyucu meşə zolaqları demək olar ki, yoxdur. Belə olan halda ağacları soyuqdan, havanın zərərli təsirindən qorumaq mümkün deyil. Bağlarda tüstü verməklə, temperatur mənfi 1, 2 dərəcə olan halda ağacları şaxtadan qorumaq mümkündür. Bunun üçün də həmin bağın ətrafında qoruyucu meşə zolağının olması vacibdir. Bu sahədə fermerlərimiz məlumatsızdır və aqrotexniki qanunlara əməl etmirlər. Buna görə də müəyyən problemlər yaşanır".


Teqlər:
Bu xəbər cəmi 1050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR