Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İki gündə ermənilər cəbhədə çoxlu itki veriblər- Azərbaycan MN

İki gündə ermənilər cəbhədə çoxlu itki veriblər- Azərbaycan MN


Son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib. 



“Qafqazinfo” xəbər verir ki,bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.



O, qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi martın 29-30-da ermənilərlə cəbhədə döyüşlərin olduğunu təsdiq edir. Lakin erməni tərəfinin itkiləri heç də erməni mediasında bildirildiyi kimi 7 nəfər yox, daha çoxdur: “Sadəcə, hələ onların qeyri-rəsmi formada açıqladıqları budur. Yəqin ki, ermənilər hələ öz itkilərini dəqiqləşdirməklə məşğuldurlar. Konkret olaraq dünən axşam gedən döyüşlərdə erməni tərəfinin çoxlu itkiləri olub və bu itkilər göstərilən rəqəmlərdən qat-qat artıqdır. 



Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar. Erməni ordusunda vərəmin və digər xəstəliklərin yayılmasına gəlincə, biz dəfələrlə demişik ki, erməni tərəfi həm döyüşlərdəki, həm də xəstəliklər nəticəsində olan itkilərini gizlədir. Bu barədə yayılan məlumatlar isə həqiqətdir”.



V.Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqına yalan danışmaqla məşğuldur. Əslində, erməni ordusunda intizamsızlıq baş alıb gedir: “Martın 22-də biz tərəfə keçən erməni hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün ona atəş açmamışdılar. Ermənistanın müdafiə naziri həmin əsgərin valideynlərini günahkar çıxarır. Valideynlər isə bildiriblər ki, hərbi hissələrdə baş verən intizamsızlıq nizamnamədənkənar münasibətlərdir, özbaşınalıqlardır”.



Qeyd edək ki, Ermənistan saytları xəbər verir ki, ermənilər son iki gündə cəbhə xəttində 7 hərbçisini itiriblər. Bundan əlavə, orduda hərbçilər arasında ağır nəticələri olan vərəm xəstəliyinin yayıldığı, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradıldığı bildirilir.



Martın 22-də günorta saatlarında isə ilkin məlumata görə 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.


Teqlər:
Bu xəbər cəmi 945 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR