Dünəndən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Bərdə “ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 000-ə yaxın vətəndaşa xidmət göstərir. Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə Sabirabad və Bərdədir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.