Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərişıq” yenidənqurma işlərinə başladı

“Azərişıq” yenidənqurma işlərinə başladı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərişıq” ASC təhvil-təslim işlərini başa çatmasını gözləmədən regionlarda istehlakçıların elektrik enerjisi ilə təhcizatı vəziyyətini öyrənməyə başlayıb. 



"Qafqazinfo"ya qurumdan daxil olan məlumata görə, istehlakçıların elektrik enerjisi ilə davamlı təminatı istiqamətində mövcud olan qaçılmaz problemlərin də aradan qaldırılmasına start verilib. İşlərin sürətləndirilməsi üçün bayram günlərində daxil, Səhimdar Cəmiyyətin vəzifəli şəxsləri, mütəxəssiləri regionlara olublar.



Ölkədə gedən iqtisadi inkişafa uyğun olaraq ölkə başçısının  imzaladığı sərəncamdan irəli gələn vəzifələrin ugurla həyata keçirilməsi məqsədilə “Azərişıq” ASC –də  yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik  kadrların hazırlanması işlərinə də artıq başlanılıb. Bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb. Cəmiyyətin bazasında texniki təchizat bazası yaradılıb. Ölkəmizin bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində  yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki  üstünlüklərə malik olmaqla  yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM - lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək təlabata uygun güc mərkəzləri seçilir. Bu güc mərkəzlərinin qidalandırılması da  yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün  hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahasində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri  də gedir.



Bayram günlərində gücləndirilmiş iş rejimində çalışan “Azərişıq” ASC əməkdaşları  Şimal Regionunda (Xızı,Siyəzən,Şabran,Quba,Qusar və Xaçmaz) onlarla   komplekt transformator məntəqəsini (KTM) quraşdıraraq istifadəyə verib. KTM-lər quraşdırılan ərazilərdə tam təhlükəsiz və zövqoxşayan şərait yaradılıb. Yeni quraşdırılan KTM-lər istehlakçılar üçün yerlərdə etibarlı, təhlükəsiz, dayanıqlı elektrik enerjisinin ötürülməsinə tam təminat verir.





Teqlər:
Bu xəbər cəmi 1035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR