Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi- Fotolar

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi- Fotolar


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Seyşel Adaları Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib. 



 


Səfir Dik Esparon fəxri qarovul dəstəsinin qarşısından keçib.


 


Dik Esparon etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


 


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


 


Səfir Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də Prezident İlham Əliyevin diqqətə çatdırıb.


 


Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adaları Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.


 


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 


Dövlətimizin başçısı Prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Seyşel Adaları Respublikası dövlətinin başçına çatdırmağı xahiş edib.


 


Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.


 


Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçib.


 


Brendan Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


 


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


 


Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 


Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verib.


Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Humberto Vinueza Rodriqezin etimadnaməsini qəbul edib.


 


Səfir Humberto Vinueza Rodriqez fəxri qarovul dəstəsinin qarşısından keçib.


 


Humberto Vinueza Rodriqez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


 


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


 


Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı bunun üçün kifayət qədər potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu istiqamətdə əlaqələrimizin genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından rolunu qeyd edib. Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.


 


Səfir Humberto Vinueza Rodriqez Ekvador Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.


Görüşdə ölkələrimiz arasında neft-qaz, sərmayə qoyuluşu, mədəni əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


 


Dövlətimizin başçısı Prezident Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador dövlətinin başçına çatdırmağı xahiş edib.

Teqlər:
Bu xəbər cəmi 1225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR