Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,99 dollar, yaxud 5,21% bahalaşıb.
SOCAR-dan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,37 dollara bərabərdir.
Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 57,38 dollar/barel olub.