Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Orduda ölmüş ermənilərin valideynləri etiraz aksiyası keçirib

Orduda ölmüş ermənilərin valideynləri etiraz aksiyası keçirib

Bu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.


 


Etirazçılar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar bə bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb ediblər.


 


Əsgər valideynləri Seyran Ohanyanın könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçi  Andranik Qriqoryanın ailəsini və valideynlərini ittiham etməsinə qəzəblərini ifadə ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə çağırıblar. 


 


Övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur: “Öldürürlər-ailə günahkar olur, zorlayırlar- yenə ailə günahkardır. Qriqoryan niyə orduda xidmətə qədər Azərbaycan tərəfə keçmədi? Niyə məhz orduda xidmət edəndə belə addım atdı? Əgər Müdafiə Nazirliyi, həqiqətən, belə düşünürsə, niyə onlar qabaqcadan çağırışçının ailə vəziyyətini yoxlamırlar?”


 


İrina Qazaryan deyib ki, indi onsuz da Qriqoryanın ailəsi çətin vəziyyətdədir, Ohanyan bu bəyanatı ilə onların vəziyyətini daha da çətinləşdirir.


 


Nana Muradyan isə leytenant Artak Nazaryanın qətlindən danışıb: “Biz o hadisəni unutmadıq. O leytenant idi, amma bu, onu qorumadı. İşi ədalətli aparmadılar və onun ölüm səbəbini hələ də bilmirik".

Teqlər:
Bu xəbər cəmi 1020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR