“Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissələrdə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması prosesi uğurla davam etdirilir. Gələcəkdə də bu məsələlərin mərhələlərlə həlli icra ediləcəkdir”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirlib.
Qeyd edilib ki, mülki heyət Silahlı Qüvvələrin ştatında mövcud olan müxtəlif ixtisaslar üzrə - aşpaz, çilingər, sürücü, xadimə və sairə vəzifələrə işə götürülürlər: “Bu davamlı olaraq aparılan ciddi bir işdir. Bu məsələləri həll etməklə həm vətəndaşlar iş yerləri ilə təmin edilmiş olur, həm də şəxsi heyətin diqqəti sırf döyüş hazırlığına yönəldilir”.