Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilir.
"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bayram günlərində Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilir.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev Trend-ə bildirib ki, bayram günlərində olan çağırışların sayı mart ayında qeydə alınan orta rəqəmlərdən təxminən 10-15 faiz cox olub.
Onun sözlərinə görə, adi günlərdə olduğu kimi müraciətlər, əsasən, ürək-damar xəstəlikləri ilə bağlı olub.