Almaniya kansleri Angela Merkel bu gün Fransaya gedəcək.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Merkel təyyarə qəzası ilə bağlı təcili Fransaya səfərə gedir.
Qeyd edək ki, Fransanın cənubunda qəzaya uğrayan “Germanwings” aviaşirkətinə məxsus A320 təyyarəsinin qalıqları Alp dağlarında tapılıb. Təyyarədə olan 150 nəfərin heç biri sağ qalmayıb.