Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda özəl klinikada ana ölümünə səbəb nə oldu?

Bakıda özəl klinikada ana ölümünə səbəb nə oldu?


Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümünün ilkin səbəbi müəyyənləşib.



Mərhumun yaxın qohumu Cavid Musazadə Trend-ə açıqlamasında bildirib ki, 29 yaşlı İlahə Musazadənin “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölməsinə səbəb anestezioloqun məsuliyyətsizliyi olub: “Mən özüm həkiməm. Bu tibbi prosedurlarla bağlı məlumatlıyam. Təbii yolla baş verən doğuşu ağrısız etmək üçün xəstə anesteziya olunub. Bu zaman xəstənin halı pisləşib və ürəyi dayanıb”.



C.Musazadə deyib ki, anestezioloq iynəni xəstəyə düzgün vurmayıb: “Xəstə epidural anesteziya olunmalı idi. Həkim səhvindən epidural anesteziya ya venaya düşüb, ya da spinal kanala. Doğuş başlamamışdan xəstə şoka düşərək ölüb. Ana nevrogen şok olduğundan, uşaq dünyaya gəlib”.



Xatırladaq ki, Trend öncədən məlumat vermişdi ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ölüb.



“Astoriya” Tibb Mərkəzindən hadisənin baş verməsini Trend-ə təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.



Xatırladaq ki, digər bir ölüm hadisəsi martın 17-də “StarMed” özəl klinikasında da baş vermişdi.



Trend-in yaydığı məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı da martın 17-də özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.



Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının “StarMed” klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. “StarMed”in fəaliyyəti dayandırılıb.






Teqlər:
Bu xəbər cəmi 1295 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR