ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamanı Ukraynaya hərbi yardım göndərməyə çağırıb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bununla əlaqədar Konqres müvafiq qətnamə qəbul edib.
Qətnamənin lehinə 348, əleyhinə isə 48 səs verilib.
Bundan əvvəl, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Barak Obamaya məktub yazaraq onu Ukraynaya letal (öldürücü) silahlar verməyə çağırmışdılar.
Xatırladaq ki, Konqres tərəfindən qəbul olunan qətnamələr tövsiyə xarakteri daşıyır və icrası məcburi deyil.