Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda ipoteka ilə bağlı yeni- Xəbər

Azərbaycanda ipoteka ilə bağlı yeni- Xəbər


Azərbaycanda ailələrin mənzilə olan ehtiyacının ödənilməsi üçün ipotekaya ayrılan ümumi vəsaitin həcminin artırılması, ipotekanın regionlarda geniş tətbiqi nəzərdə tutulur. 



“Qafqazinfo”nun məlumatına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, komitə tərəfindən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq “Azərbaycan Ailəsi Strategiyası”nın layihəsi hazırlanıb. Sənəd layihəsində ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər öz əksini tapıb: “Eyni zamanda, ipotekaya ayrılan ümumi vəsaitin artırılması, ipotekanın regionlarda geniş tətbiqi nəzərdə tutulur. Bu da insanların mənzilə olan ehtiyacını bir qədər ödəyəcək”.



S.Qəhrəmanova bildirib ki, ölkənin sosial-iqtisadi imkanları artdıqca, hökumət əkiz və üçəm uşaqları olan ailələrin rifahının daha da yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayır.



Komitə rəsmisi onu da əlavə edib ki, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən beynəlxalq təşkilatlar və ekspertlər cəlb olunaraq Milli Uşaq Strategiyasının layihəsi hazırlanıb.



Strategiya BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında təsbit olunan “uşaqların ən yaxşı maraqları” prinsipinə əsaslanaraq uşaq hüquqlarının təmin edilməsi sahəsində mövcud mexanizmlərin təhlilini və qarşıda duran aktual məsələlərin həllinə yönəlmiş genişmiqyaslı tədbirləri əhatə edir. Strategiyada uşaqların sağlamlığının qorunması, uşaq ölümlərinin sayının azaldılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kompleks işlərin görülməsi, uşaqların müəssisələrdən ailələrə verilməsi və alternativ qayğı məsələləri, uşaqlara dair məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsi və digər məsələlər yer alır.


Teqlər:
Bu xəbər cəmi 1665 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR