Bu sözləri Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı Tofiq Yaqublu və İlqar Məmədov un müdafiəsi ilə bağlı suala aydınlıq gətirərkən deyib. Arif Hacılı qeyd edib ki, hazırda Tofiq Yaqublunun həbsi ilə bağlı müzakirələr gedir: “Nemət Kərimli də bu gün Tofiq Yaqublunun müdafiə etmək üçün dəstək verib. İctimai Palatada bununla bağlı toplantı keçirələcək. Biz partiyanın struktuları vasitəsilə mümkün olan müdafiəni təşkil edirik. Beynəlxalq qurumlara bu həbs barədə məlumat veririk. Bundan başqa kütləvi aksiyalara başlamaq haqqında qərar vermişik. Hələ ki, bu aksiyaların vaxtını dəqiqləşdirməmişik”.
Onun sözlərinə görə, 2 ay müddəti ilkin istintaq müddəti hesab olunur: “Əgər bu müddətdə qərar qəbul olunmasa , məhkəmə daha 2 ay uzadıla bilər. 1-ci instansiyanın işi başa çatdıqdan sonra nə olacağı müəyyən olacaq. Onlar iki maddə ilə həbs ediliblər. Bunlardan biri 3 il, digəri isə 3 ildən 7 ilədək həbs müddətidir. Əgər hakimiyyət bu günki cəmiyyətlə davranışını dayandırmasa, repressiv hərəkətlərinən imtina etməsə onların həbs müddəti uzadıla bilər”.