Erməni hərbçisi Azərbaycan tərəfinə keçib.
"Qafqazinfo" Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə bir fakt var.
“Bu yəqin ki, ermənilərin öz aralarında olan gərginlik, qorxu hissi və panika ilə bağlıdır”, - məlumatda deyilir.
Rəsmi məlumat əlavə olaraq veriləcəkdir.
Bundan öncə Ermənistan KİV-lərinin yaydığı məlumata görə, erməni hərbçisi Andranik Qriqoryan martın 22-də Azərbaycan tərəfinə keçib.