Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Cahangir Hacıyevin müəmmalı gedişi – Ondan şikayət edilib

Cahangir Hacıyevin müəmmalı gedişi – Ondan şikayət edilib


“Qafqazinfo” “Bizim Yol” qəzetinin Azərbaycan Beynəlxalq Bankının (ABB) sədri Cahangir Hacıyevin vəzifəsindən istefa verməsi haqda hazırladığı araşdırma materialını təqdim edir. 



Azərbaycan Beynəlxalq Bankının (ABB)sədri Cahangir Hacıyevin səhhətinə görə istefa verməsi iki gündür ki, gündəmin əsas xəbərlərindən birinə çevrilib. Ağıla gələn ilk sual odur ki, C.Hacıyevin postundan uzaqlaşmasına səbəb olan nədir? Versiyalar çoxdur. 



Onlarlan biri ABB-nin son illər maliyyə idarəçiliyində yaranan ciddi problemlərdir. Digəri oliqarxlar arasında gedən mübarizə nəticəsində C.Hacıyev ətrafında mənfi rəylər yaranmasıdır. Sonuncu versiya kimi isə, bankirin yeni vəzifəyə gətiriləcəyi haqda xəbərlərlərdir.



Xatırladaq ki, bankın səhmlərinin 50,2 faizi Maliyyə Nazirliyində olmaqla dövlət bankı sayılır. İlkin versiyaya görə deyə bilərik ki, ABB-nin maliyyə idarəçiliyində kifayət qədər mənfi reputasiyası var. Belə ki, Mərkəzi Bankın tələblərini pozaraq rüblük hesabatlarını təqdim etmir. Hətta 2014-cü ilin yalnız 6 ayına dair hesabatını ingiliscə yerləşdirməklə kifayətlənməli olub. Həmin hesabatdan məlum olur ki, ümumi kredit portfeli 8 milyard manat təşkil edir. Onun 7,1 milyardı koperativ, yəni hüquqi şəxslərə verilən kreditlərdir ki, bu da az qala ümumi portfelin 90 faizə yaxınını təşkil edir. Böyük iş adamlarına, dövlət  qurumlarına, oliqarxlara verilən verilən bu borclar isə illərdir ki, geri qaytarılmır. Nəticədə bank vaxtı keçmiş kreditlərlə bağlı ölkədə ən böyük problem yaşayan banka çevrilib. Məsələn, bu yaxınlarda Rusiyanın "Beynəlxalq İnkişaf Bankı" adlı kommersiya bankının sahibi Boris Davletyarovun Azərbaycan Beynəlxalq Bankına 5 milyon dollar "atması" haqda gedən xəbəri xatırlatmaq olar. 



Adi vətəndaşların isə dövlətin bu bankından kredit əldə etmək imkanları məhdud idi. Bəzən vətəndaş kiçik həcmli krediti almaq üçün 3-4 ay süründürülürdü. Ona görə də fiziki şəxslərin borcları borc portfelində azlıq təşkil edir.



İkinci versiyaya gəlincə, C.Hacıyev haqqında kifayət qədər intriqalar gedən fiqur kimi tanınır. Mətbuatda tez-tez iş adamlarını "kredit dolanbacına" salaraq şirkətlərini, müəssisələrini əlindən alması, onları qanunsuz özəlləşdirməsi ilə bağlı məlumatlar gedirdi. Əldə etdiyimiz məlumata görə, ABB sədrinin vəzifəsindən uzaqlaşdırılmasında bu amilin böyük rolu olub. Məlumata görə, bu haqda dövlət başçısı İlham Əliyevə dosye təqdim olunub. Belə ki, iri iş adamlarından biri ABB-dan böyük həcmdə kredit götürsə də, onu qaytarmaqda çətinlik yaranıb. Fürsətdən istifadə edən C.Hacıyev sahibkarın əmlaklarını əlindən alıb. Nəticədə iş adamı Prezidentə çıxış əldə edərək, Hacıyev haqqında topladığı məlumatları ona təqdim edib. 



Əlbəttə, Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovla C.Hacıyevin soyuq münasibətləri də oliqarx haqqında yuxarı dairələrdə mənfi imicin yaranmasına təsirini göstərib.   



ABB-nin kiçik səhmdarı Şahin Əlizadə "Bizim Yol"a bildirdi ki, onun sədr ilə daim problemi olub, amma indiki halda mənfi rəy söyləmək istəmir: "Cahangir Hacıyevin səhmdarlarla ən böyük problemi səhmdarların yığıcaqlarını çağırmaması, protokolları təqdim edilməməsi idi. 



Son beş ildə dividendlər də azalmışdı. 2010-cu  ilə qədər səhmdarlara dividendlər rüblük verilirdi. Qlobal maliyyə böhranından sonra dividendlərin həcmi kəskin aşağı düşdü. Və ildə bir dəfə verilməyə başladı. Bu da təbii ki, səhmdarların kəskin narazılığna səbəb olmuşdu".



Ş.Əlizadə əlavə etdi ki, səhmlərin dəyəri də ucuzlaşıb: "Bir manata olan səhmlərin qiyməti 0,13-0,14 AZN-ə qədər düşüb. Dividendlərin azalmasının digər səbəbi isə nizamnamə kapitalının böyüməsi idi. Nizamnamə kapitalı artdıqca, gələn gəlir daha çox səhmlər üzərində bölüşdürülməli olur. O zaman hər səhm üçün gələn gəlir də azalır. Hər il də nizamnamə kapitalı artırılır. Belə olan halda biz səhmdarlara düşən dividendlər də azalır. Ona görə də bazarda Beynəlxalq Bankın səhmlərinin qiyməti də aşağı düşdü. Qiymətli kağız gəlir gətirməyəndə dəyəri də ucuzlaşır".



İqtisadçı-ekspert Samir Əliyev isə bildirdi ki, Azərbaycan Beynəlxalq Bankının bazardakı payı 36 faizə bərabər olmaqla ən böyük bankdır: "Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 4/1-i Beynəlxalq Bankın payına düşür. Ona görə də ABB-də hər hansı bir problemin baş verməsi ümumilikdə bank sektoruna təsir göstərir. 



Azərbaycanda qiymətli kağızlar bazarı normal inkişaf etmədiyinə görə Beynəlxalq Bankın səhmlərinə təsir göstərəcəyini demək çətindir. Əgər Avropa ölkələrindən birində bank sədri istefa versəydi, onun səhmlərinin dəyəri aşağı düşərdi". 



S.Əliyev əlavə etdi ki, ABB-nin çox böyük problemləri var idi və bu, son illər özünü daha qabarıq şəkildə biruzə verirdi: "Bu bankın iri həcmdə problemli kreditləri var. Doğrudur, bu məlumatlar açıqlanmır. Amma ölkə üzrə götürdükdə, vaxtı keçmiş kreditlərin əsas hissəsi Beynəlxalq Bankın payına düşür. Bank kreditlərini əsas müvafiq dövlət qurumlarına, müəyyən iş adamlarına verirdi, sonra da onu geri almaq problemi yaşayırdı. Digər tərəfdən Fitch Agentliyinə açıqlama yaymışdı ki, devalvasiyadan sonra Beynəlxalq Bankın kapitalına çox böyük zərbə dəyib. 



Bundan əlavə, bildirilirdi ki, qısa açıq valyuta mövqeyi 2014-cü ilin sonuna 1.4 milyard dollar olub. Yəni bankın öhdəliyi aktivlərini 1.4 milyard dollar üstələyib. Bu isə bankın kapitalının 1,3 mislinə bərabər olub. Məlumat üçün bildirim ki, Mərkəzi Bankın açıq valyuta mövqeyinə tətbiq etdiyi limit 10 faiz olub və fevraldan etibarən ilin sonuna qədər müvəqqəti dondurulub. 



Limitə əməl etsəydi, Beynəlxalq Bankın valyuta mövqeyi həmin dövrə təxminən 100 milyon dollardan bir qədər çox olmalı idi. Amma Beynəlxalq Bank həddindən artıq təhlükəli riskə gedərək valyuta mövqeyini pozub. Maraqlıdır ki, bank yanvar-fevral aylarında valyuta mövqeyini bağlamağa müvəffəq olub. Amma bu məsələ məndə şübhə yaradır. İnanmıram ki, bunu bağlamaq mümkün olsun. Çünki iki ay ərzində kredit portfelinin 17 faizini manatdan dollara keçirərək portfeli yüksək dollarlaşma səviyyəsinə qaldırmaq praktik olaraq mümkün deyil".



S.Əliyevin sözlərinə görə, devalvasiyadan sonra valyuta kreditlərinin payı 65 faizə yüksəlib: "Açığı, qısa müddətdə valyuta mövqeyini bağlamaq çox çətin görünür. Xüsusən də qısa müddətdə portfeldə manatın payını dolların xeyrinə azaltmaq mümkünsüz görünür. Burda xeyli suallar yaranır.



Beynəlxalq Agentlik bildirir ki, ABB Mərkəzi Bankın kapitala dair tətbiq etdiyi normativləri pozur. Buna baxmayaraq Mərkəzi Bank ABB-yə müəyyən güzəştlər edirdi. Məsələn, fevral ayında 250 milyon həcmində kredit verilib, yəni subarnasiya borcu. Məqsəd kapitala dəyən zərəri kompensasiya etmək idi. Yəni bu bankın idarə edilməsində risklər çox idi. Nəticədə bankın rəhbərliyi işdən çıxarıldı".



S.Əliyev istefalarla bağlı müxtəlif versiyalardan danışdı: "Versiyalardan biri Cahangir Hacıyevin Mərkəzi Bankın rəhbərliyə gətirilməsidir. Bununla bağlı məsələ bir neçə dəfə səslənib".



"Belə mənfi reputasiyalı bir şəxsin Mərkəzi Bankın rəhbərliyinə gətirilməsi nə dərəcədə uğurlu qərar ola bilər" sualına ekspert belə cavab verdi: "Təsadüfi deyildi ki, Mərkəzi Bankla Azərbaycan Beynəlxalq Bank arasında münasibətlər sərin olub. Mart ayının ortasında Mərkəzi Bankın sədrinin səlahiyyəti də bitir. Ona görə də Cahangir Hacıyevin Elman Rüstəmovun yerinə gətirilməsi versiyası meydana çıxıb. Ancaq onun Mərkəzi Bank rəhbərliyinə gətirilməsi ehtimalı doğrudursa, o zaman Hacıyevin istefa verməsini doğru addım hesab etmirəm. Səhhətinə görə işdən çıxarılması onun gələcək karyerasında qısa müddətli də olsa, problem yarada bilər, qeyri-ciddi addım sayılar. Ona görə Mərkəzi Banka rəhbər gətiriləcəyi ilə bağlı versiyanı çox da dəstəkləmirəm. Qeyri-rəsmi məlumatlara görə, Elman Rüstəmovun sədrliklə bağlı səlahiyyətinin uzadılması ilə əlaqədar təqdimat parlamentə artıq verilib. 



Cahangir Hacıyev digər dövlət qurumlarının rəhbərliyinə gətirilə bilər. Çünki o, kifayət qədər yüksək əlaqələri olan bir şəxsdir.  Amma onun səhhətinə görə işdən uzaqlaşdırılması, yaxın zamanda hansısa vəzifəyə gətiriləcəyi barədə ehtimalları arxa plana keçirir. Düşünürəm ki, onun uzaqlaşdırılması məhz bank ətrafında yaranan problemlərlə əlaqədardır". 



Digər iqtisadçı-ekspert Qubad İbadoğlunun isə sosial şəbəkədəki açıqlamasına görə, bank sektorunun ağrılı keçid dövrünə qədəm qoyduğu hazırkı şəraitdə bank aktivlərinin ümumi həcmində və kredit portfelində bazar payı 40 faizdən, depozitlərdə bazar payı 50 faizdən çox olan, eləcə də 1 milyona qədər müştəri ilə işləyən Beynəlxalq Bankın İdarə Heyəti sədrinin istefası bu bazarda riskləri bir az da artıracaq: "Bundan daha çox itirən bankın səhmlərinin 49,8 faizinə malik olan özəl səhmdarlar ola bilər. Bankın səhmlərinin 50,2 faizi dövlətə məxsusdur və Maliyyə Nazirliyi tərəfindən idarə olunur. Hesab edirəm ki, Beynəlxalq Bankın rəhbərinin hazırkı həssas dövrdə qəfil istefası dövlətə məxsus olan səhmlərin özəlləşdirilməsi və bankın yenidən strukturlaşması ilə əlaqədar ola bilər".



İqtisadçı bildirir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycana müntəzəm səfər edən missiyası dəfələrlə Beynəlxalq Bankın kapitalizasiyası planı ilə bağlı ciddi narahatlıq ifadə etmiş və missiya bankın kapitalizasiyası ilə paralel, ABB-da beynəlxalq praktikaya uyğun şəkildə restrukturizasiya aparmağı tövsiyə edib: "Odur ki, hazırkı istefa ilə bankın gələcəkdə özəlləşdirilməyə açılması arasında əlaqə olması şübhə doğurmur və bu istefanı bank kapitalı uğrunda oliqarxlar arasında çoxdan başlamış gizli mübarizənin ilkin nəticəsi kimi qiymətləndirmək mümkündür".


Teqlər:
Bu xəbər cəmi 1445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR