Fransa prezidenti Fransua Olland gələn ay Azərbaycana səfərə gəlir.
"Qafqazinfo" "newsarmenia" saytına istinadən xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir məlumat verib. O bildirib ki, Olland Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 24-25-i regionda səfərdə olacaq və Ermənistan-Azərbaycan dövlət başçılarıyla görüşlər keçirəcək.
Qeyd edək ki, daha əvvəl Ollandın apreldə İrəvana səfər edəcəyi bildirilirdi.