Kriştiano Ronaldo "Real"ı ABŞ-a dəyişəcək. “Qafqazinfo” dsport.az-a istinadən xəbər verir ki , bu haqda "Sports Illustrated"in jurnalisti Qrant Val məlumat yayıb:
"Bir neçə mənbədən aldığım xəbərə görə, Kriştiano Ronaldo "Real"dan ayrıldıqdan sonra karyerasını MLS-də davam etdirməyi planlaşdırır. Bunun 2018-ci ildə reallaşacağı gözlənilir. O zaman Kriştiano azad agent statusunda olacaq.
Ronaldo Dünya çempionatından sonra ABŞ-a köçəcək, 33 yaşında - Bekhemdən gec, Lempard və Cerrarddan tez...
Ronaldonu ilk olaraq sizin də ağlınıza gələn şəhərlər maraqlandırır: Mayami, Los Anceles və Nyu-York".