Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Novruz şənliyində iştirak ediblər. Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəliblər. O və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.
Dövlət başçısı və ailə üzvləri Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar.