Azərbaycan Çempionatı-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Belçika futzal yığmaları arasında keçirilmiş oyunda xoşagəlməz hadisə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, matç başa çatarkən azarkeşlərin yer aldığı "Sərhədçi" İdman Kompleksinin tribunası ilə meydanın arasındakı qoruyucu hasar qırılıb.
Nəticədə, 20-yə yaxın azarkeş aşağı - meydana yuvarlanıb. Onlardan bəzisi xəsarət alıb. Qadın azarkeşlərdən biri isə daha ağır yaralandığına görə, xərəkdə aparılıb və xəstəxanaya götürülüb.