Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fizuli Ələkbərov Bilgəhdəki pansionata getdi

Fizuli Ələkbərov Bilgəhdəki pansionata getdi
Novruz bayramı münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və əmək əlilləri pansionatında bayram tədbiri keçirilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  daxil olan məlumata görə, burada dövlət himayəsində yaşayan ahıl və ağbirçək insanları bayram münasibətilə təbrik etmək üçün pansionata gələn Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov müəssisənin sakinləri ilə görüşərək, onlara xoş arzularını ifadə edib. Novruz bayramının Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biri olmaqla, xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirdiyini qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 



Bayram sevinclərini nazirlə bölüşən ahıl və ağbirçək insanlar onlara göstərilən dövlət qayğısından razılıqla söz açıblar. Bayram tədbiri musiqili-əyləncəli proqramla davam edib.



Azərbaycan Prezidentinin təsdiqlədiyi «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» nın icrasına töhfə olaraq, Müharibə və Əmək Əlilləri üçün Pansionatda əsaslı təmir və yenidənqurma işləri yerinə yetirilməklə, həmçinin pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur. Cari ildə inşaat işləri başa çatacaq. Əsaslı təmir və yeni korpusun istifadəyə verilməsindən sonra Pansionatda 350 nəfərə (o cümlədən yeni korpusda 170 nəfərə, hazırki korpusda 180 nəfərə) xidmət göstəriləcək. Yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılacaq. Binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq.



Eyni zamanda, Ramana Gənc Əlillər Evində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla burada yaşayan əlillərin peşə hazırlığının təşkili üçün də münasib şərait yaradılır. Bununla yanaşı, 1№-li Şamaxı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, 8 №-li Göygöl İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmir və yenidən qurulması işləri aparılacaq.



Sosial müdafiə əhəmiyyətli yeni obyektlər kimi, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. 2013-cü ildə həmin obyektlərin də istifadəyə verilməsi planlaşdırılır.


Teqlər:
Bu xəbər cəmi 1550 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR