Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Hər kağızı bir yarpağa dəyişək” - FOTOLAR

“Hər kağızı bir yarpağa dəyişək” - FOTOLAR


Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, IDEA İctimai Birliyi və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə kağız tullantılarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verilib. 



AzVision.az-a verilən məlumata görə, layihə çərçivəsində ilkin olaraq 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər struktur bölmələri, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Sabunçu rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən 10 tondan çox kağız tullantısı təhvil verilib. 



25 mart tarixindən kağız tullantıların qəbulu üçün bütün “ASAN xidmət” mərkəzlərində xüsusi konteynerlər quraşdırılacaq. Layihə çərçivəsində "Azersun Holding" MMC tərəfindən 300 kq-dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil ediləcəkdir. 



Kağız tullantılarını səyyar qaydada təhvil vermək istəyən şəxslər IDEA İctimai Birliyi (497-63-16 nömrəsi) və ya “ASAN xidmət” ilə (108 qaynar xətti) əlaqə saxlaya bilərlər. Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. 



2014-cü ilin fevral – aprel ayları ərzində Bakı şəhərində “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin pilot fazası həyata keçirilib və 79 tona yaxın kağız toplanaraq təkrar emal müəssisəsinə göndərilib.



 



Teqlər:
Bu xəbər cəmi 1335 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR