Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nar Mobile”-ın baş sponsoru olduğu Start-up Festivalı baş tutdu

“Nar Mobile”-ın baş sponsoru olduğu Start-up Festivalı baş tutdu


“Nar Mobile” –ın tərəfdaşı olduğu “AİESEC Azərbaycan” gənclər üçün maraqlı bir tədbir keçirdi 



Müəyyən biznes sahəsinə başlamaq üzrə olanlar bu tədbirdə dəyərli təcrübə və faydalı məsləhətlər əldə etmək üçün əvəzolunmaz fürsət qazandılar. 14 mart 2015-ci il tarixdə Bakı şəhərində keçirilmiş tədbirin məqsədi biznesə marağı olan gəncləri və iş adamlarını bir araya toplamaq idi. 18-30 yaş arasındakı iştirakçılar istedadlı Azərbaycan gəncləri, dünya biznesi və yerli bazarın uğur qazanmış iş adamları arasından seçildi. 



Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda Start-up və biznes inkişafını təmin etmək üçün gəncləri yeni iş ideyaları yaratmağa təşviq etmək və gənc sahibkarlar və sahibkarlıqla maraqlanan tələbələr üçün yeni imkanlar yaratmaq idi. Dünyaca məşhur şirkətlərin nümayəndələri xüsusi olaraq bu tədbir üçün Azərbaycana gəldilər. Çıxışçılar arasında “Google UK” şirkəti “Youtube” strateji departamentinin icraçı tərəfdaşı Cavid Aslanov, “Sweetriot” şirkətinin təsisçisi və rəhbəri Sara Endlayn, “Dey Dos Popcorn Academy”-nin təsisçisi və rəhbəri Dey Dos, “RED Communications” və “Maxmedia Creative Communications”-ın icraçı tərəfdaşı Tatyana Mikayılova, “Scoala De Valor” şirkətinin rəhbəri Stefan Palari və “Ali & Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi və icraçı direktoru Nigar Köçərlinin adlarını çəkmək olar.   



AIESEC gənclərin liderlik potensialını aşkar və inkişaf etdirmək məqsədilə yaradılan təşkilatdır. 124 ölkədə fəaliyyət göstərən və dünya üzrə 1 milyondan çox üzvü olan AIESEC planetin ən böyük gənclər təşkilatıdır. Nelson Mandela və Bill Klinton kimi tanınmış simalar AIESEC üzvləri olmuşlar. Birləşmiş Millətlər Təşkilatı, “Microsoft”, “PwC” də daxil olmaqla, dünya üzrə 8 min qurum və təşkilat AIESEC-in rəsmi tərəfdaşıdır. 


Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR