Qarşıdan gələn Novruz bayramında Bolkart sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə “Bank of Baku” nağdlaşdırma kampaniyası elan edir. 18-19 mart 2015-ci il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, mayın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 4%-dir (min. 4 azn).
Nağdlaşdırma üçün maksimal məbləğ 500 AZN təşkil edir. Bolkartı nağdlaşdırmaq üçün “Bank of Baku”-nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/atms/
Beləliklə, indi hər bir Bolkart sahibi bayramqabağı alış-veriş üçün nağd pulu “Bank of Baku”-nun kredit kartı vasitəsilə rahat əldə edə bilər.
Ətraflı məlumat:
145 Məlumat mərkəzi
www.bolkart.az
www.facebook.com/Bolkart