Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR Amerika şirkəti ilə müqavilə bağladı

SOCAR Amerika şirkəti ilə müqavilə bağladı


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Londondakı nümayəndəliyinin fəaliyyətini gücləndirmək məqsədilə "Phibro" (ABŞ) beynəlxalq xammal treydinq şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 



"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunun nəticəsində "SOCAR Trading" şirkəti "Phibro"nun London komandasını işə götürüb. Onlar əsasən xam neft treyderləri olsalar da, neft məhsulları ilə bağlı ticarət əməliyyatlarını da həyata keçirirlər.



 



 



Bundan öncə "Occidental Petroleum" şirkətinə analoji xidmətlər göstərən ABŞ treyderinin əvvəlki sifarişçi ilə anlaşması 2014-cü ilin sonunda başa çatıb. Bundan sonra "Phibro"nun Londondakı treyder komandası SOCAR-a xidmət göstərəcək.



Xatırladaq ki, "SOCAR Trading" ötən il "Trafigura" və "Arcadia" şirkətlərinin aparıcı treyderləri ilə müqavilə bağlayaraq Londondakı əməliyyatlarını genişləndirib.



Baş qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2008-ci ildə yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə "LUKoil" şirkətinin Cenevrədə treydinq şirkətini - "LUKoil Trading"i yaradıb.



Xatırladaq ki, BCG və "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətlərinin hazırladığı hesabatlara əsasən, "SOCAR Trading"in təsis olunması və onun 2008-2013-cü illərdə göstərdiyi effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycan xam neftin satışından əlavə olaraq 1,7-1,8 mlrd. ABŞ dolları həcmində mənfəət əldə edib və ümumiyyətlə, "Azeri Light"ın premiyasının artmasına nail olub. Bundan başqa, "SOCAR Trading" üçüncü tərəflərlə treydinq biznesinin inkişafı və BTC boru kəmərindən tranzit gəlirlərinin artması nəticəsində Azərbaycana əlavə olaraq 500 mln. dollar məbləğində xalis mənfəət qazandırıb.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR