Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Qars şəhərinə işgüzar səfəri martın 17-də başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Qars şəhərinin beynəlxalq hava limanında dövlət başçısı İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola salıb.
İlham Əliyev İlaxır çərşənbə münasibətilə Türkiyə Prezidentini təyyarəyə çay süfrəsinə dəvət edib.
İki prezident təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.