Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllimlərin maaşı bu sistemlə artacaq - Nazir açıqladı

Müəllimlərin maaşı bu sistemlə artacaq - Nazir açıqladı
Neft kapitalının insan kapitalı ilə əvəz olunmasında təhsil sahəsinin özünəməxsus rolu var. İlk növbədə təhsil sahəsi həm iqtisadiyyat, həm sosial həyat, həm də elm üçün kadrların hazırlanmasında müsbət rol oynayır".


 



Bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil sahəsinə dövlət kapitalı ilə yanaşı, özəl kapitalın cəlb olunması üçün şəraitin yaradılması əsas məqsədlərdəndir: "Hədəfimiz günün tələblərinə cavab verən müasir təhsil sisteminin qurulmasıdır. Milli araşdırmalar göstərir ki, kəndlərin, şəhərlərin sosial iqtisadi imkanları ilə gənclərin akademik nailiyyətləri arasında birbaşa əlaqə mövcuddur".

Nazir çıxışında həmçinin ali təhsil sahəsində yaradılan SABAH qrupları haqqında da danışıb. Onun sözlərinə görə, SABAH qrupları 33 ixtisas üzrə respublikanın 34 ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin I kursunu uğurla bitirən tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılıb:"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın bu il yekunlaşacağını diqqətə çatdıran Mikayıl Cabbarov deyib ki, son 2 ildə 1300 gənc xaricdə təhsil almağa göndərilib: "900-ə yaxın məzun olan tələbələr isə ölkəyə qayıdaraq istər dövlət, istərsə də özəl sektorda məsul vəzifələrdə xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edirlər. Bu da Azərbaycan iqtisadiyyatına zəruri olan kadr potensialının yetişməsinə şərait yaradır".Nazir onu da qeyd edib ki, artıq keçən həftə 2-ci dövlət proqramının hazırlanması müzakirə olunub: "Hətta yeni proqramın fokusunu dadəyişdirəcəyik. Belə ki, azərbaycanlı tələbələri xaricə göndərməklə yanaşı, xarici ali təhsil müəssisələrindən professor və mütəxəssisləri müvafiq ali təhsil müəssisələrimizə fəaliyyət göstərmək üçün dəvət etməyi düşünürük".



Nazir eyni zamanda, yanvar ayından müəllimlərin əmək haqqının artırılması məsələsinə də toxunub. O qeyd edib ki, hazırda bu artım ölkə üzrə müəllimlərin 20 faizini əhatə edir: "Bu artımın mərhələli şəkildə respublikadakı bütün müəllimlərə şamil edilməsi planlaşdırılır".


Teqlər:
Bu xəbər cəmi 1940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR