Bəyanatda deyilir ki, ATƏT-in Bakı Ofisinin hazırkı mandatı 2013-cü ilin əvvəlində yenilənib. Ofisin öhdəliklərinə «Təhlükəsizlik və sabitliyin insani, siyasi, iqtisadi və ətraf mühit aspektləri daxil olmaqla bütün sahələrdə ATƏT prinsipləri və öhdəliklərinin yerinə yetirilməsini irəlilətmək» daxildir: «ATƏT-in Bakı Ofisi Azərbaycanda vacib sahələrdə potensial-artırma və yardım layihələri həyata keçirir. Biz mühüm irəliləyişin əldə olunması ilə razılaşırıq, ancaq inanırıq ki, bu missiya və mandat Azərbaycana demokratik təsisatların inkişafına yardımda mühüm rol oynamaqdadır.
Bundan əlavə, siyasi hadisələr və insan hüquqlarının durumuna dair hesabatlar vacib erkən xəbərdarlıq mexanizmidir. Münaqişələrin qarşısının alınması və həllində ATƏT-in roluna öz töhfəsini verir. Müvafiq hesabatlar onsuz da gərgin regionlarda gərginliyin mümkün genişlənməsinin təcili izahını verir. Birləşmiş Ştatlar inanır ki, belə hesabatlar təhlükəsizlik və sabitliyin inkişafında, eləcə də Azərbaycanın öz öhdəliklərini yerinə yetirilməsində ATƏT-in yardımının müəyyənləşdirilməsi üçün vacibdir.
Azərbaycan hökumətinin hər şeydən çox razılaşdırılmış mandatın şərtlərinin vicdanla və hörmətlə davam etdirilməsində maraqlı olduğuna inanırıq.
Birləşmiş Ştatlar dinamik mülki cəmiyyətin dəstəklədiyi güclü demokratik dövlətin qurulmasında Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı dəyərləndirir» - deyə bəyanatda bildirilir.