Astara rayonunda bulvar tikintisi başa çatır.
“Qafqazinfo” xəbər verir ki, əvvəllər tamamilə bataqlıq olan təxminən 5 hektar ərizədə salınan park-bulvarın ərazisində həmçinin Uşaq İdman Akademiyası inşa edilir. Park-bulvarda müxtəlif növ ağaclar əklib. Park ərazisindəki xüsusi guşədə isə “Astara bağı” salınır. Bu bağda məhz Astara roynunda olan ağac və bitki növləri əkiləcək. Park-bulvara bitişik ərazidə isə çimərlik salınır. Çimərlikdə futbol və voleybol (çimərlik) meydançaları da tikilir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu layihənin rayonun turizm potensialını inkişaf etdirmək üçün böyük təkan olacaq. Gələcəkdə parkın ərazisi 25 hektara qədər uzadılacaq. Xəzər dənizinin İranla sərhəddinə qədər uzadılması planlaşdırılan layihədə Bayraq Meydanının tikilməsi də nəzərdə tutulub. İcra başçısı deyir ki, Astarada salınan park-bulvar gözəlliyinə və möhtəşəmliyinə görə Bakı bulvarından geri qalmayacaq.
Astarada tikilən cay fabriki təxminən aprel ayının sonunda istifadəyə veriləcək. Gündəlik istehsal gücü 500 ton olacaq fabriki məhsulla təmin etmək üçün rayonda 1000 hektara yaxın yeni çay plantasiyasının salınması planlaşdırılır. Artıq bu işə balşanılıb və 400 hektar əraizdə yeni plantasiya salınıb.