Novruz bayramı münasibəti ilə martın 25 –də Heydər Əliyev Sarayında açıq qapı günü keçiriləcək.
“Qafqazinfo”nun məlumatına görə, “Xoş gəlmisən, Novruzum” adlı bayram konsertində əməkdar artist Teyyub Aslanov, Gövhər Rzayeva (qarmon), Səlim Abbasov (skripka), müğənnilər Samir Piriyev, Günay İbrahimli, Vasif Məhərrəmli, Nazim, Mirkamil Kamilov, Gülay Qədirova, Rəşad İlyasov, Nicat Cəfərzadə, Əbdülxalid, Amil Həsənoğlu, Aslan Hüseynov, Solmaz Kosayeva (aşıq), Şəhla Həmidova, Yaşar Cəlilov, Elcan Rzayev, Səidə Dadaşova və “Dostlar qrupu”, “Komedi az”, "Kolorit” rəqs qrupu iştirak edəcəklər.
Açıq qapı günü şəhər və rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətləri, 20 yanvar şəhidlərinin ailə üzvləri, uşaq evlərinin, kimsəsiz, əlil, qüsurlu, daun sindromlu uşaq cəmiyyətlərinin sakinləri üçün nəzərdə tutulub.
Saat 19:00-da başlayacaq konsertə giriş sərbəstdir.