Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda bayram tıxacı

Azərbaycanda bayram tıxacı


Artıq ölkədaxili qatarların kupesinə satışda bilet qalmayıb. 



“Qafqazinfo” xəbər verir ki, bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, elə plaskart-vaqonlara da biletlər qurtarmaq üzrədir. Kassirlərin sözlərincə, bayrama bir gün qalmış qatarlara əlavə kupe-vaqonların qoşulacağı deyilib. «Vağzalın gücləndirilmiş iş rejiminə keçməsinə və əlavə vaqonlar qoşulacağına baxmayaraq, insan izdihamı var. Sərnişinlər qatarla getməyin maddi cəhətdən sərfəli olduğunu qeyd edirlər. Məsələn, Bakı-Lənkəran qatarına plaskart 4 manat 50 qəpikdir. Halbuki, avtobusla adi günlərdə 5 manat, bayramda isə 6-7 manat olur. Avtomobillər isə adi vaxtda Lənkərana 15 manat, bayramda isə 20-25 manat olur. Bu baxımdan qatarlara tələbat daha çox var. Sərnişinlər isə narazılıq edirlər ki, hər bayramda eyni problemlə üzləşirlər. Onların sözlərincə, hər kəs martın 19-na getməyi planlaşdırıb. Odur ki, sıxlıq məhz bu tarixə yaranıb. Hər kəs işdən çıxıb yola düşmək istəyir».



Qəzet əməkdaşı Bakı Beynəlxalq Avtovağzal Kompleksində isə sərnişinlərin həm avtobusların az olmasından, həm də süni qiymət artımından şikayətləndiklərini yazır.



Məsələ ilə bağlı anspress nəqliyyat şirkətlərinin mövqeyini öyrənib.



“Bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında bütün istiqamətlərə ümumilikdə 400-dən artıq əlavə avtobus buraxılacaq. Bayramda sərnişin sıxlığının yaranacağı gözlənilsə də, heç bir problem yaranmayacaq”. Bunu avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi bildirib. Onun sözlərinə görə, avtovağzalda gücləndirilmiş iş rejimi mart ayının 17-dən başlayaraq, martın 26-da yekunlaşacaq. “Adi günlərdə əgər 400 avtobus 7 min sərnişinə xidmət göstərirsə, bayram günlərində 800-dən çox avtobus sərnişinlərə xidmət göstərə biləcək. Bayram günlərində avobuslardan 15 minə yaxın sərnişinin istifadə edəcəyi gözlənilir”, - deyə Mətləb Abidi bildirib.



Bundan əlavə, avtovağzalda 8 nəfərdən ibarət nəzarət komissiyası yaradılıb. Həmin komissiya Bakı Beynəlxalq Avtovağzal ərazisində baş verə biləcək neqativ halların qarşısını almağa nəzarət edəcək. Mətləb Abidin sözlərinə görə, özbaşına bilet qiymətlərinin artırılması, sərnişinlərin biletsiz avtobuslara mindirilməsi, bilet alan sərnişinlərin avtobuslarda yer tapa bilməməsi kimi halların qarşısı alınacaq.



Novruz Bayramı günlərində - 20-28 mart 2015-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.



“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bununla bağlı iş adamlarının zərərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq. 



QSC-nin rəsmisi qeyd edib ki, bayram günlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. 



"Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək", - deyə Nadir Əzməmmədov bildirib.



Bayram günlərində paytaxtdaxili sərnişin avtobuslarının qrafikində də dəyişikliklər olacaq. Bu barədə dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərov məlumat verib. Onun sözlərinə görə, martın 20 və 21-də şəhərdaxili avtobuslar gecə saat 1-ə qədər işləyəcəklər. Qurum tərəfindən nəzarət olunacaq ki, həmin günlərdə sürücülər özbaşına olaraq gedişhaqqını qaldırmasınlar.



Bakı Metropolitenindən isə bildirdilər ki, hələlik iş qrafikinin dəyişməsilə bağlı dəyişiklik yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, əgər lazım olarsa, metronun iş qrafiki artırıla bilər.



Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri də bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər. Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, bayram günlərində 140 həkim birqadası gecə-gündüz xidmətdə olacaq. “Bayram günlərində xəstəxanalar, poliklinikalar işləmədiyi üçün təcili yardım həkimləri daha çox yüklənəcək. Bu səbəbdən təcili yardım stansiyası tam heyətilə gücləndirilmiş iş şəriatində işləyəcək. Bayram şənlikləri keçirilən ərazilərdə həkimlərimiz növbə çəkəcək”, - deyə Oqtay Şahmalıyev bildirib.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR