Səfirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, səfir bayramı ölkəmizdə qeyd etməsindən məmnunluq duyduğunu qeyd edib:
“Novruz bayramı münasibəti ilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımla təbrik edirəm. Novruzu bu il Azərbaycanda qeyd etməkdən böyük məmnunluq duyuram. Baharın gəlişinin və təbiətin canlanmasının xəbərçisi olan Novruzun Azərbaycanlı bacı və qardaşlarıma, eləcə də Türk dünyasına barış, firavanlıq, xoşbəxtlik, bərəkət gətirməsini diləyir, bu gözəl bayram münasibəti ilə hamıya can sağlığı və müvəffəqiyyətlər arzu edirəm”.