Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində yeniyetmə və gənclər arasında mədəni irsimizin təbliği, paytaxtımız Bakı şəhərinin və onun qədim tarixi abidələrinin yaxından öyrənilməsi məqsədi ilə «İçərişəhər» Dövlət Tarixt-Memarlıq Qoruğu İdarəsinin «İçərişəhər» tarixi muzeyi ilə birgə «Qədim Bakı xatirələri» adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova tədbidə çıxış edərək Təhsil Kompleksi, onun tarixi, məzunları barədə ətraflı məlumat verib.
«İçərişəhər» tarixi muzeyinin direktoru Ceyhun Ağakişibəyli, «İçərişəhər» DTMQ İdarəsi rəisinin elmi işlər üzrə köməkçisi, tarix elmləri doktoru Vəfa Quliyeva, Səbail rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov çıxış edərək tədbirin əhəmiyyəti, şagirdlərin qədim tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.
Kompleksin akt zalında keçirilən ədəbi hissədə Bakı tipajlarından ibarət etno – mədəni canlı səhnəciyin və “Bakı tipajları” adlı sərginin nümayişi təşkil olunub.