Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Sloveniya Respublikasının Prezidenti, Parlamentin sədri, Müdafiə naziri və bir sıra digər görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər martın 14-dək davam edəcək.