Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. “Qafqazinfo” xəbər verir ki, 16 komandanın yarışdığı ilk mərhələnin bütün oyunları elə bir gündə baş tutacaq.
Günə “Zenit” – “Torino” matçı ilə start veriləcək. Rusiyada oynanılacaq bu qarşılaşma 21:00-da strart götürəcək.
Azərbaycanlı futbol azarkeşləri üçün maraqla gözlənilən görüş isə Belçikada baş tutacaq. Ölkəmizdə kifayət qədər azarkeşi olan Türkiyənin “Beşiktaş” klubu “Brügge”nin qonağı olacaq. Oyun Bakı vaxtilə saat 22:00-da başlayacaq.
Günün daha bir maraqlı oyunu isə İtaliyada keçiriləcək. “Fiorentina” Florensiyada “Roma”nı qəbul edəcək. İki italyan komandasının oyunu maraqla gözlənilir.
İspanların qarşılaşması da gecənin əsas gözlənilən matçlarından biridir. “Vilyarreal” doğma meydanda “Sevilya” ilə qarşılaşacaq.
12 mart
Avropa Liqası, 1/8 final, ilk oyunlar
21:00. “Zenit” (Rusiya) - “Torino” (İtaliya)
22:00. “Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə)
22:00. “Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya)
22:00. "Volfsburq" (Almaniya) - “İnter” (İtaliya)
00:05. “Everton” (İngiltərə) - “Dinamo” (K, Ukrayna)
00:05. “Fiorentina” (İtaliya) - “Roma” (İtaliya)
00:05. “Napoli” (İtaliya) - “Dinamo” (M, Rusiya)
00:05. “Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya)