Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ali məktəblərdə “bədən tərbiyəsi” fənni ləğv olunub?

Ali məktəblərdə “bədən tərbiyəsi” fənni ləğv olunub?


Təhsil Nazirliyi ötən həftə müxtəlif media orqanlarında ali təhsil müəssisələrində bədən tərbiyəsinin ləğv olunması ilə bağlı yaylan xəbərlərə münasibət bildirib. 



“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əslində məsələ şərh olunduğu kimi deyil, tamamilə başqadır. Daha sonra məlumatda bildirilir ki, təhsil naziri Mikayıl Cabbarovun ötən həftə Azərbaycan Memarlıq və İnşaat Universitetində çıxışı zamanı qeyd etdiyi kimi, bədən tərbiyəsi insanın şəxsiyyət kimi formalaşmasında əvəzsizdir. Biz ali təhsil müəssisələrində bu işin sistemi inkişafı və real dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq və bunu istəyirik.



Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün Bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klubunun təşkil olunması, müəllimlərin bu klublarda idman növləri üzrə məşqçi vəzifəsinə götürülməsi və tələbələrin fiziki hazırlığının bölmələrdə aparılmasını tövsiyə edib. Bu da hər bir tələbənin marağına uyğun olaraq, formal deyil, daha effektli bədən tərbiyəsi və idmanla məşğul olmasına zəmin yaradır. Bu tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və digər universitetlərdə yeni təşəbbüs uğurla tətbiq olunub və tələbələr öz maraq dairələrinə uyğun olaraq idman klublarında idmanın müxtəlif növləri ilə məşğul olurlar. Deməli, müvafiq universitetin tələbəsi bədən tərbiyəsi ilə formal saatlarda deyil, daha sistemli şəkildə klub və bölmələrdə öz fiziki sağlamlığını möhkəmləndirir. Bu təcrübə dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrində də eynidir”.


Teqlər:
Bu xəbər cəmi 995 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR